Gəncədən Rizeyə hava reysinin olmasını dəstəkləyirəm -TÜRKİYƏNİN GƏNCƏDƏKİ BAŞ KONSULU / ÖZƏL

  • By admin
  • 20 May 2022 10:00

“Mən də  Gəncədən Rizeyə hava reysinin olmasını dəstəkləyirəm. Ümumiyyətlə, Rizeyə yox, Türkiyənin hava limanı olan bütün bölgələrinə belə bir uçuşların olmasını arzu edirəm”.

 

Bunu Gununsesi.info-ya eksklüziv açıqlamasında Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk deyib.

Qeyd edək ki, açılışına Azərbaycan prezidentinin də qatıldığı Rize hava limanına Gəncədən təyyarə reyslərinin təşkil olunması  barədə Gununsesi.info-nun rəhbəri Pərviz Həşimlinin təşəbbüsünə Milli Məclis üzvlərindən də dəstək gəlib.

Zəki Öztürk də saytımıza açıqlamasında bildirib ki, belə bir reyslərin olması Gəncənin də iqtisadi durumunun inkişafı üçün dəstək olar: “Mən keçmişdə turizm sahəsində olmuşam. Hesab edirəm ki, belə reyslər turizmin inkişafına da təsir edir. Ancaq bunun digər tərəfi də var. Hava şirkətlərinin özlərinin bunun özlərinə uyğun olub-olmamasını hesablamalıdırlar.  İndi həftədə iki dəfə Türk Hava Yolları uçur. Martdan etibarən “Pegasus” da iki dəfə reys açıb. Qara Dəniz bölgəsinə də uçuşlar olsa yaxşı olardı”. 

 

Gununsesi.info