Gəncəlilərin hansı qayğıları var? - DEPUTAT ONLARI DİNLƏYİB/ FOTOLAR

  • By admin
  • 21 İyul 2022 13:00

Milli Məclisin deputatı Naqif Həmzəyev YAP Gəncə şəhər təşkilatının inzibati binasında seçiciləri ilə görüşüb.

Mütəmadi olaraq keçirilən görüşdə millət vəkili Naqif Həmzəyev vətəndaşlar tərəfindən səsləndirilən problemləri diqqətlə dinləyib, müraciətlərin tez bir zamanda müsbət həlli üçün adiyyatı qurumları məlumatlandıracağını bildirib.

Görüş zamanı vətəndaşları narahat edən problemləri qeydiyyata götürüb. Qəbula gələnlər tərəfindən səsləndirilən əsas məsələlər sırasında məşğulluq, sosial şəratin yaxşılaşdırılması, tibbi ehtiyaclarının təmin edilməsi ilə bağlı məsələlər başlıca yer alıb.

Səmimi qəbul vətəndaşlar tərəfindən müsbət qarşılanıb. Seçicilər onların sosial problemlərinin həlli istiqamətində göstərdiyi böyük diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə təşəkkürlərini ifadə ediblər.

Günay