Gəncənin deputatı “Gəncə məhbusları”nın əfvə düşməsindən danışdı

  • By admin
  • 27 May 2022 22:42

 

Əfv və qanunvericiliklə tənzimlənən qaydada  cəzadan vaxtından əvvəl azadetmə halları ölkəmizdə ənənəyə çevrilib. Hesab edirəm ki, bu, Azərbaycan dövlətinin və onun rəhbərinin humanist siyasətinin nəticəsidir. Cənab Prezident hər əfv sərəncamlarında yüzlərlə ailəyə, minlərlə vətəndaşa sevinc yaşadır. Bu gün də bunun şahidi olduq”.

Bunu Gununsesi.info -ya açıqlamasında Gəncədən seçilən deputat Naqif Həmzəyev söyləyib.

“Gəncə işi”nə görə, həbs edilən 17 nəfərin azadlığa buraxılmasına da toxunan deputat bunu təqdir edib:

“”Əfv haqqında əsasnamə”yə görə məhkum olunan şəxs prezidentə və komissiyaya yazdığı müraciət etməlidir. Həmin müraciətlərdə məhkumlar  əməlindən peşman oldugunu , həbsdə olduğu zaman islah olunduğunu xüsusi vurğulayır. Görünür, Əfv  Komissiyası bunu nəzərə alaraq onların da adını prezidentə  təqdim edib. Cənab Prezident də o insanları azadlığa buraxıb”.

Ömürlük azadlıqdan məhrum edilən Şəmsi Səmədzadənin də azadlığa çıxmasına toxunan deputat hesab edir ki, bu humanist addımın 20 ildən artıq həbsdə olan bəzi şəxslərə də şamil olunacağına ümid edir.

 

Elmar 

Gununsesi.info