Gəncənin qisası alınmalıdır - ELDAR SABİROĞLU YAZIR

  • By admin
  • 12 Oktyabr 2020 17:19

Çox məyus və pərişanam.
Söz belə eşitmək istəmirəm. Rus yenə alldıtdı bizi. Birinci, ikinci, üçüncü dəfə deyil. Nə qədər aldana-aldana öz tariximizə, mənəvi həqiqıtlərimizə, vətən torpaqlarımızın ruhuna baltanı öz əlimizlə özümüz saplayacağıq!? Erməni az qala Gəncəni altını-üstünə çevirir, Azərbaycan isə hələ ki, düşünür, adekvat cavab verməyə tələsmir. Xəbərlərə görə 10-dan artıq mülki şəxs həlak olmuşdur. Bu cinayətin əvəzi hökmən və gecikmədən alınmalıdır.

Cənab Ali Baş Komandan, bu hal bilirəm ki, hamıdan daha çox Sizi üzür və ağrıdır. Keşkə olamayaydı… İndi bircə yol qalır. Öndə Siz, arxanızda xalq, sonu nə ilə qurtaracaqsa, eybi yox. İrəvana qədər hərbi yürüşü vaxt itirmədən bu gün başlamalıyıq. Səhv etmirəmsə, deyəsən, elə Gəncə müsibəti günü Prezident ciddi hökmlə, bir az da böyük hədə-qorxu ovqatında erməninin üzünə tüpürərək dedi ki, qorxudan siçan deşiyini satın alırsınız. Doğrudan, deşik axtarırdılar. Bəs nə tez qəhrəmana döndülər!? Baş tutmaz, bəli, heç baş tutmaz bu milli fahişələrə Azərbacanı sındırmaq. Çünki qəhbəlik bu millətdən fərqli olaraq xalqımın ruhuna və tarixi dünyasına yaddır.

Nə qədər ki, çox keçməyib, Şanlı Ordumuz bu qisasın heyfini almalıddır. Yoxsa məsələ uzandıqca problem daha dərin qatlara enəcək və onu oradan çıxarıb islah etmək müşkül olacaqdır. Buna əmin ola biçərsiniz. Vəziyyətin bu cür şəkil alacağına adım kimi əminəm. Ermənistan artıq əməll-başlı qudurub. Onun ağzının köpü təcili alınmalıdır.

Arzu etmədiyimiz hadisə ilə üzbəüzük. Başqasını deyə bilmərəm. Vaxtı ilə ağır infarkt olarkən Kordioloji Mərkəzdə 7 dəfə klinik ölüm keçirən bəndənizin hazırda ürəyində başlayan şidddətli arğılar, sinəmdəki göynərti nəfəs almağa imkan vermir. Təzgiqim 185/120-dir. Amma ölmək isyəmirəm. Alçaq Ermənistanın məni sarsıdan bu cinayətinə görə dünya ilə vidalaşmağı doğrudan arzulamıram.

Birinci dəfə 1999-cu ildə ürəyim ikiyə bölünəndə Heydər Əliyev diqqət və qayğımı çəkdi. Prezident təyyarəsini Moskvaya göndərərək Kreml xəstəxanasından Sovet İttifaqında tanınan çox görkəmli kardioloqları Bakıya gətizdirdi. Ona görə də onu unutmaq və oğlu İlham Əliyevi barışmadığım bəzi siyasi addımlarına görə hədəfə çevirmək mənəviyyatıma və əxlaqıma sıxışan məsələ deyil. Odur ki, erməni silahlı bölmələrini Azərbaycanın ikinci şəhəri Gəncəyə ağır saldırılar yaparaq mülki şəxsləri qətlə yetirdikləri üçün necə deyirlər, dövlət başçısı İlham Əliyevi ittiham edənləri ədalətli hesab etmirəm.

Bu savaşdı, hər şey baş verə bilər. Prezident İlham Əliyev Rusiyaya inandı. İndi xalqı ayağa qaldırma barədə əmri təcili verməlidir. Bu gün, bu dəqiqələrdə onun müdaifəçisi və əsgəri olaraq döyüş səngərində onunla bərabərəm. Gərək ki, atəşkəs rejimi baradə o mənasız və Azərbaycan üçün heç bir xeyr kəsb etməyən razılaşma sənədinin Azərbaycan tərəfdən imzalanmasına yol verməyəydi. Döyüş bütün Qarabağı götürməlidir.

Eldar Sabiroğlu
Müdafiə Nazirliyi Mətbuat Xidmətinin sabiq rəisi

Gununsesi.info