Gəncəyə dəhşətli düşmən hücumu yaralıların dili ilə…  - VİDEO

  • By admin
  • 17 Oktyabr 2020 09:54

Ermənistan silahlı qüvvələrinin Gəncəyə atdığı raket şəhərin digər yaşayış massivi olan Cavad Xan qəsəbəsinə düşüb.

Gununsesi.info xəbər verir ki, Baku TV-nin hadisə yerinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, nəticədə, beşə yaxın ev dağıdılıb.

İlkin məlumata görə, ikinci raketin atıldığı ərazidə yaralılar var. Evlər tamamilə dağılıb. Avtomobillər dağıntıların altında qalaraq, yararsız hala düşüb. Raketin düşdüyü binaların yaxınlığındakı tikililər də ciddi ziyan görüb.

Hazırda axtarış-xilasetmə və dəyən ziyanın dəqiqləşdirilməsi istiqamətində iş aparılır.

Gununsesi.info