Gənc cüdoçularımız Fransada 3 medal qazandılar

  • By admin
  • 08 May 2022 09:16

Bu gün Fransada gənc cüdoçular arasında Avropa kuboku yarışı start götürüb.

Gununsesi.info xəbər verir ki, turnirdə Azərbaycanı oğlanlar arasında 16 idmançı təmsil edir. Yarışın birinci günündə təmsilçilərimiz 2-si gümüş, 1-i bürünc olmaqla 3 medal qazanıblar. Belə ki, Turan Bayramov (60 kq), Vüsal Qələndərzadə (73 kq) yalnız finalda uduzaraq gümüş medala sahib olublar. Qasım Vəlizadə (66 kq) üçüncü yeri tutub.

İki gün davam edəcək turnirdə 15 ölkədən 300-dən çox idmançı mükafatlar uğrunda mübarizə aparır.

Gununsesi.info