Gənc molla İran Prezidenti İbrahim Rəisini istefaya çağırdı - VİDEO

  • By admin
  • 19 Fevral 2023 19:13

Gənc molla İran Prezidenti İbrahim Rəisini istefaya çağırıb.

Gununsesi.info xəbər verir ki, sosial şəbəkədə yayımlanan videoda, Molla Nəsrəddinin dastanına işarə edərək “molla eşşəyə tərsinə oturduğunu belə izah edirmiş ki, guya arxadan nəsə baş verərsə, o tez görüb, biləcəkdir. Amma di gəl ki, qarşıdan gələn və baş verəcək hadisələri görmürmüş”, – deyə Prezident Rəisiyə üz tutub yalvarıb.

“Vallah siz də prezident kürsüsündə kresloya tərs oturmusuz, dolların qiyməti az qalır 50 min tümən olsun, bizim gəncliyimiz boşa gedir, amma sizin heç vecinizə də deyil, heç nə etmirsiniz. Cənab Rəisi, siz məmləkətin ən məxfi sirlərini və ölkənin bütün problemlərini bilirdiz və bunları bilə-bilə, xalqa dolların qiymətinin 5 min tümənə endiriləcəyi vədini vermişdiz. Sizi-Allah, gec olmadan istefaya gedin”, – deyə gənc molla qeyd edib.

Gununsesi.info