Gənc oğlan dərmandan zəhərləndi

  • By admin
  • 15 Dekabr 2017 21:25

Tovuz rayonunda dərmandan zəhərlənmə hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə dekabrın 14-də axşam saatlarında rayonun Qovlar qəsəbəsində baş verib.

Kənd sakini, 1993-cü il təvəllüdlü Cabbarov Ceyhun Elşad oğlu evində dərman qəbul edərkən zəhərlənib.

C.Cabbarov təcili yardım avtomobili ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Gununsesi.info