Gənc oğlan erkək dananı boş əllə zərərsizləşdirdi - VİDEO

  • By admin
  • 30 Sentyabr 2017 12:10

411662580

Gənc oğlan zəncirindən qırılaraq şəhər küçələrində insanlara hücum edib, maşınları əzən qızğın erkək dananı əli ilə zərərsizləşdirdi.

Gununsesi.info “moya planeta”ya istinadən xəbər verir ki, hadisə İspaniyanın Malaqe şəhərində baş verib.

Zəncirindən qırılaraq qaçan erkək dananın küçədəki “şıltaqlığı” şəhər əhalisinin ciddi təşvişinə səbəb olub və insanlar onu görən kimi həyəcanla ondan uzaqlaşmağa çalışıblar. Şəhər küçəsində “at oynadan” erkək dana  hərəkət edən maşınlara hücum etməkdən belə çəkinməyib.

Bu erkək dananın “at oynatması”nın qarşısını gənc oğlan boş əllə almaq qərarına gəlib və buna da nail olub. Onun üstünə hücum edən erkək dananın buynuzunu ələ keçirən gənc onu yerə yıxmağa cəhd edib. Bu zaman ona ətrafdakılar da yardım edib. Erkək dananı yerə yıxan kimi onun ayaqları kəndirlənib.

Gununsesi.info