“Gənc oğlanlardan sevgi təklifi alıram” - "ELİT STAR" CƏMİLƏ

  • By admin
  • 20 Aprel 2018 09:16

Coxdandır şou-biznes aləmindən uzaq düşən “Elit star” ləqəbi ilə tanınan müğənni Cəmilə qala gecəsinə qatılıb.

Lider Televiziyasında aparıcı kimi özünü sınadığını deyən müğənni özəl həyatından danışıb.

Gununsesi.info xəbər verir ki. yenicag.az-a açıqlama verən Cəmilə subay olduğunu, gənc oğlanların onunla sevgili olmaq istədiklərini bildirib: “Sosial şəbəkədə o qədər yazanlar olur ki… Yazırlar də, uşaqdırlar, onlara baş qoşmuram, heç birinə cavab yazmıram. Cox adam da yazır ki, necə belə gözəl, cavan qalmısız. Etiraf edirəm ki, həyatımda kişi yoxdu. Ümumiyyətlə, sevgiyə inanmıram, heç vaxt da sevməmişəm. Ərə getmişəm, amma o demək deyil ki, sevmişəm. Bundan sonra da nə sevmək? Artıq gecdi. Özümü sevirəm”.

Gununsesi.info