Gənc qadın meşədən asılmış vəziyyətdə tapıldı – Azərbaycanda dəhşət

  • By admin
  • 03 Dekabr 2019 17:14

Balakəndə meşədən meyit tapılıb.

Gununsesi.org APA-ya istinadən xəbər verir ki, hadisə rayonun “Beşbulaq” adlanan ərazisində qeydə alınıb. Meşə massivində ağacdan asılmış qadın meyiti aşkar edilib.

Araşdırmalar zamanı meyiti tapılan qadının Zaqatala şəhər sakini, 1989-cu il təvəllüdlü Mehdiyeva Biçə Vaqif qızı olması müəyyən edilib. Onun intihar etdiyi ehtimal edilir.

Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.org