Gənc qızı öldürən şübhəli inithar edib

  • By admin
  • 11 Yanvar 2023 10:34

Türkiyənin Təkirdağ şəhərində gənc qızı öldürən şübhəli intihar edib.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, 24 yaşlı Aysun Ahnas  Eski Cami-Orta Cami Məhəlləsində 26 yaşlı  dostu Baver Gözetirlə naməlum səbəbdən evində mübahisə edib.

Mübahisə davaya çevrildikdən sonra Gözetir Ahnasın boğazından bıçaqla xəsarət yetirib. Gözetir daha sonra özünü asaraq intihar edib.

Ahnasdan xəbər ala bilməyən qohumları vəziyyəti polis qruplarına xəbər verib. Hadisə yerinə gələn polis və sağlamlıq qrupları Ahnas və Gözetirin öldüyünü müəyyən ediblər.

Respublika prokurorunun araşdırmasından sonra gəncin cəsədləri yarılma üçün Tekirdağ Ədliyyə Tibb Qurumunun meyitxanasına aparılıb.

 

Tərcümə:

Mais