Gənc xanıma mesaj yazan polislə bağlı araşdırma başladı

  • By admin
  • 18 İyul 2020 15:57

“Dünən sosial şəbəkələrdə metronun “Koroğlu” stansiyasında polis əməkdaşının xüsusi karantin rejimi dövründə küçəyə çıxma icazəsinin olub-olmamasını yoxlamaq məqsədi ilə bir qadını saxlamasını, daha sonra həmin qadının sosial şəbəkədəki səhifəsinə tanışlıq üçün yazması iddiaları paylaşılmışdı.

Bununla əlaqədar bildiririk ki, məsələ DİN rəhbərliyinin nəzarətindədir və faktın araşdırılması üçün müvafiq göstərişlər verilib”.

Gununsesi.org bildirir ki,bu fikirlər DİN tərəfindən yayılıb.
Qeyd edək ki, dünən sosial şəbəkələrdə gənc bir qız onu küçədə saxlayan polis əməkdaşının sonradan ona mesaj yazdığını deyib.
Bu isə polisin ünvanına tənqidlərə səbəb olub.
DİN-nin açıqlamasında, həmçinin bildirilib ki, əgər iddialar təsdiqini taparsa həmin əməkdaş barədə ciddi tədbir görüləcək.

Gununsesi.org