Gənclər TƏHLÜKƏDƏ: “delta”ya yoluxmanın ilk həftəsində…  - ŞOK

  • By admin
  • 20 Sentyabr 2021 17:10

COVID-19-un “delta” variantı gənclərə daha çox təsir edir.

Gununsesi.info xəbər verir ki, bunu tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə qeyd edib.

O bildirib ki, “delta” ştammı gənclər arasında daha çox ağciyərlərin geniş həcmli zədələnməsi ilə müşahidə edilir:

“Bildiyimiz kimi, hazırda ölkəmizdə karonavirusun “delta” variantı yayılmaqda davam edir. Son həftələrdə “delta”ya yoluxan gənc şəxslərin daha tez ağırlaşmasını müşahidə edirəm. Bu şəxslərin KT müayinəsində ağciyərlərin 70-80%, hətta 90% zədələnməsi aşkar edilir”.

O əlavə edib ki, koronavirusun “delta” ştammı gənc şəxlərdə yüksək hərarətlə davam edir.

V.Cavadzadənin sözlərinə görə, koronavirusun bu variantına yoluxan gənclərdə hətta xəstəliyin ilk həftəsindən ağciyərlər geniş həcmdə zədələnir.

Gununsesi.info