Gənclərin Zəfər ab-havası 

  • By admin
  • 08 Noyabr 2021 12:01

Zəfər Günü münasibətilə paytaxt sakinləri bayram ab-havasına bürünüb.

Publika.az-ın əməkdaşlarının verdiyi xəbərə görə, əsasən gənclər və yeniyetmələr arasında zəfər coşğusu hiss olunmaqdadır.

Onlar Zəfər Günündə müqəddəs and yerimiz olan Şəhidlər xiyabanını, Fəxri xiyabanı, eləcə də şəhərin mərkəzindəki “Zəfər” yarmarkasını ziyarət edəcəklərini bildiriblər.

Gənclər qeyd ediblər ki, hazırda onların əsas missiyası informasiya savaşında Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqdır.

Gununsesi.info