
Almaniyanın Hamburq şəhərində keçirilən G20 sammiti maraqlı foto ilə yadda qalıb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, sammitdə dünyada iqtisadiyyatı ən çox inkişaf etmiş 20 ölkəylə bərabər bir sıra dövlət və hökumət başçıları da iştirak edib.
Belə ki, sammitin açılış mərasimindən öncə liderlər ailə fotosu çəkdiriblər. Ailə fotosu çəkilərkən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sağında Rusiya prezidenti Vladimir Putin ilə Çin Xalq Respublikasının sədri Si Tzinpin dayanıb.
Eyni zamanda çəkilən ailə fotosunda ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron bir müddət söhbət ediblər.

Anar
Gununsesi.info












