G20 ölkələrinin energetika nazirlərinin iclası sentyabrın sonunda keçiriləcək

  • By admin
  • 25 Sentyabr 2020 17:51

Sentyabrın 27-28-də G20 ölkələrinin energetika nazirlərinin iclası keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə tədbir təşkilatçılarının məlumatında deyilir.

“G20 ölkələrinin energetika nazirlərinin toplantısı 27-28 sentyabr 2020-ci il tarixlərində Səudiyyə Ərəbistanının sədrliyi ilə keçiriləcək. Tədbirdə enerji bazarının sabitliyi və təhlükəsizliyi mövzusunda əməkdaşlığı gücləndirmək və davamlı enerji sistemlərinin təşviqi və inkişafını müzakirə olunacaq”, – məlumatda deyilir.

Bundan başqa, enerji resurslarına qlobal çıxışı da tədbirin müzakirə mövzularından biri olacaq. Nazirlərin görüşü onlayn formatda təşkil olunacaq.

Gununsesi.info