G20 sammitində halı pisləşdi

İndoneziyada keçirilən G20 sammitinin açılışından sonra Argentina Prezidenti Alberto Fernandesin halı pisləşib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, 63 yaşlı Fernandes qan təzyiqinin yüksəlməsi və başgicəllənməsi səbəbindən həkimlərə müraciət edib.

HTML tutorial

Məlumata görə, vəziyyətin daha da ağırlaşmaması üçün Prezidentin diaqnostik müayinə edilməsinə qərar verilib.

Bildirilir ki, sammitin ilk günü baş tutan görüşlərdə Argentinanı ölkə Prezidentinin əvəzinə XİN rəhbəri Santiyaqo Kafiero təmsil edəcək.

Xatırladaq ki, bu gün İndoneziyanın Bali adasında G20 sammiti başlayıb. Sammit noyabrın 16-sı da öz işini davam etdirəcək.

Gununsesi.info