Bu gün G7 ölkələrinin liderləri onlayn sammit keçirəcək.
Gununsesi.info “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Yaponiya hökumətinin Baş katibi Hirokadzu Matsuno açıqlayıb.
Bildirilir ki, sammitə Ukrayna Prezidenti Volodimir Zelenski də qoşulacaq.
“The Economic Times”ın məlumatına görə isə, G7 liderləri Ukrayna və Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla, bir neçə vacib məsələ ətrafında fikir mübadiləsi aparacaqlar.
Xatırladaq ki, G7 ölkələrinə Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ daxildir.
Gununsesi.info