İtaliyada keçirilən G7 sammitində iştirak edənlər İranı ballistik raketləri və müvafiq texnologiyaları Rusiyaya ötürməməyə çağırıblar.
Gununsesi.info ANSA-ya istinadən xəbər verir ki, bu barədə iclasın yekun bəyanatında bildirilib.
Sənəddə deyilir: “İran Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına dəstəyi dayandırmalıdır, Tehran ballistik raketləri və əlaqəli texnologiyaları ötürməkdən çəkinməlidir”.
G7 liderləri, həmçinin İranı “Yaxın Şərqdə sabitliyi daha da pozarsa” sanksiyaları ilə hədələyiblər.
Gununsesi.info