G7 liderləri Yaxın Şərqdəki tərəfləri təmkinli olmağa çağırıb

Yeddilik Qrupu (G7) ölkələrinin liderləri Yaxın Şərqdəki tərəfləri təmkin nümayiş etdirməyə və gərginliyi azaltmağa çağırıb.

Gununsesi.info xəbər verir ki, bu bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı birgə bəyanatda deyilir.

Bəyanatda deyilir ki, hücumlar və cavab zərbələri silsiləsi Yaxın Şərqdə nəzarətsiz eskalasiya təhlükəsi yaradır. Ağ Ev qeyd edib ki, bu, heç bir tərəfin maraqlarına cavab vermir.

“Biz regional oyunçuları məsuliyyətli davranmağa və təmkinli olmağa çağırırıq. Biz bütün tərəfləri konstruktiv hərəkət etməyə çağırırıq”, – G7 sənədində vurğulanır.

Bundan əvvəl Hizbullah hərəkatına hücumları fonunda ABŞ-ın Yaxın Şərqə əlavə olaraq 2-3 min əsgər göndərəcəyi bildirilib.

 

 

 

Gununsesi.info