G7 ölkələri Rusiya ilə bağlı müzakirələr aparır

  • By ilhame
  • 27 Mart 2024 20:59

“G7 ölkələri Rusiya neftinin müəyyən edilmiş qiymət həddini indiki 60 dollar/bareldən endirmək imkanını müzakirə edirlər”.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin enerji məsələləri üzrə köməkçisi Cefri Payet deyib.

 

O, həmçinin Rusiyanın yanacaq-energetika kompleksinə qarşı yeni sanksiyaların tətbiq edildiyini açıqlayıb.

 

Qeyd edək ki, Rusiya xam neftinin bir barelinin qiymətinin 60 dollardan yuxarı həddi 2022-ci il dekabrın 5-dən qüvvəyə minib. G7 ölkələri, Aİ və bir sıra digər dövlətlər Rusiya neftinin bu qiymətdən yuxarı daşınmaması və ya daşınmasına xidmət göstərməmək barədə razılığa gəliblər.

Gununsesi.info