“Böyük Yeddilik” ölkələri (G7) blokadada olan Qəzza zolağına humanitar yardım çatdırmaq üçün İsrail-Fələstin münaqişəsində “humanitar atəşkəsə” çağırıb.
Gununsesi.info xəbər verir ki, Yaponiyanın təşkil etdiyi və 2023-cü ildə sədrlik edəcək G7 xarici işlər nazirlərinin Tokioda iclası başa çatıb.
Yaponiyanın xarici işlər naziri Yoko Kamikavanın sədrliyi ilə keçirilən iclasda ABŞ, Kanada, Almaniya, İtaliya, Böyük Britaniya və Fransanın xarici işlər nazirləri iştirak ediblər.
Yaponiyalı nazir bildirib ki, görüşdə Qəzzaya humanitar yardımın çatdırılması üçün “münaqişədə humanitar atəşkəs”nin verilməsinə dair razılıq əldə olunub.
Onun sözlərinə görə, G7 Qəzza zolağında “humanitar böhrana həll yolu tapmaq üçün təcili tədbirlər görülməlidir” mövzusunda razılaşıb.
Yaponiyanın xarici işlər naziri qeyd edib ki, görüş iştirakçıları HƏMAS-ın oktyabrın 7-də törətdiyi hərəkətləri pisləyib, həmçinin “münaqişələrdə beynəlxalq humanitar hüquqa riayət edilməsinin” vacibliyini vurğulayıblar.
Gununsesi.info