
Ukrayna ətrafında vəziyyətin müzakirəsindən sonra Yeddilik Qrupunun (G7) xarici işlər nazirləri Kiyevə güclü dəstəyi və Rusiyaya qarşı sanksiya təzyiqlərini davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər.
Gununsesi.info xəbər verir ki, Yaponiyanın xarici işlər naziri Yoko Kamikavanın sədrliyi ilə keçirilən iclasda ABŞ, Kanada, Almaniya, İtaliya, Böyük Britaniya və Fransanın xarici işlər nazirləri iştirak ediblər.
Ukrayna ilə bağlı keçirilən sessiyada G7-nin xarici işlər nazirləri razılaşıblar ki, G7 Rusiyaya qarşı sərt sanksiyaların tətbiqində vahid qalacaq və Ukraynaya güclü dəstək verəcək.
Nazirlər bildiriblər ki, 2022-ci ilin fevralından Rusiyanın hücumu altında olan Ukraynanın orta və uzunmüddətli bərpasına yönəlmiş səylər daha da gücləndiriləcək.
Yaponiyanın təşkilatçılığı ilə 2023-cü ildə sədrlik edəcək G7 xarici işlər nazirinin görüşü Tokioda keçirilir.
Gununsesi.info