G7 Rusiyadan Ukrayna ərazisindən çıxmağı tələb edib

G7 ölkələri rəsmi bəyanat yayıb.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bəyanatda Rusiyadan Ukrayna ərazisini tərk etməyi və bir gündə hərbi münaqişəyə son qoymağı tələb edilir.

G7 ölkələrinin xarici işlər nazirlərinin qeyd etdiyi kimi, Moskva bu gün Ukrayna münaqişəsinə son verə bilər.

 

Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin Ukraynanın Rusiya ordusu tərəfindən işğal olunmuş rayonlarını orada daha əvvəl keçirilən referendumlara baxmayaraq, tərk etməyi tələb edib.

 

G7 həmçinin martın 22-də Crocus City Hall konsert zalında törədilən terror aktında Ukraynanın əli olmadığını da bəyan edib.

“Biz Rusiya hakimiyyətinin 22 martda Moskva yaxınlığında baş vermiş faciəvi terror aktına görə Ukraynanı ittiham etmək üçün əsassız cəhdlərini qətiyyətlə rədd edirik”, – deyə nazir vurğulayıb.

 

 

 

Şəbnəm

Gununsesi.info