“G7 sammiti 2021-ci ildə Kemp-Deviddə keçiriləcək” - TRAMP

  • By admin
  • 03 Dekabr 2019 21:55

ABŞ administrasiyası G7 sammitinin keçirilməsi üçün yeni yer seçib.

Gununsesi.org bu barədə RİA “Novosti”yə istinadən xəbər verir.

Məlumata görə, dövlət başçısı Donald Tramp bildirib ki, bu, Merilend ştatındakı Kemp-Deviddir.

“Bu (sammit -red) Kemp-Deviddə olacaq, yaxşı yerdir, bizdə mətbuat üçün yaxşı giriş (təşkil ediləcək) “, – o jurnalistin sammitin keçirilməsi üçün yeni yerin seçilib-seçilməməsi barədə suala cavabında bildirib.

G7 sammiti 2021-ci ildə Kemp-Deviddə keçiriləcək.

 

Gununsesi.org