G7 Ukrayna ilə bağlı təcili toplanır

G7 ölkələrinin təcili iclası keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski öz rəsmi Twitter hesabında paylaşıb.

HTML tutorial

Onun sözlərinə görə, bu məsələ barədə Almaniya Kansleri Olaf Şoltsla danışıb. Zelenski, həmçinin sözügedən iclasda çıxış etmək niyyətində olduğunu qeyd edib.

Xatırladaq ki, Rusiya ordusu bu gün səhər saatlarından başlayaraq Ukraynanın Kiyev, Dnepr, Ternopil, Lvov, Obuxov şəhərlərini, eləcə də Jitomir, Xmelnitski vilayətlərini və s. əraziləri raket atəşinə tutub. Hadisə nəticəsində ölən və yaralılar var.

Gununsesi.info