Gecə klubunda mühafizəçilər dünya çempionunu döydülər- FOTO

Gecə klubunda mühafizəçilər dünya çempionunu döydülər

dava_gece_klubu_000

Dünya çempionu gecə klubunda mühafizəçilər tərəfindən döyülüb. Davada onun omba sümüyü sınıb.

Gununsesi.info xəbər verir ki, alpinizm üzrə dünya çempionu 2019-cu il Qış universiadasının səfiri Tatyana Ruyqa Rusiyanın Krosnoyarsk şəhərində gecə klubunda – barda mühafizəçilər tərəfindən döyülüb.

Bu barədə öz İnstagram səhifəsində dünya çempionu Tatyana Ruyqa yazıb. Onun sözlərinə görə, davaya səbəb dünya çempionu ilə gecə klubunda çalışan mühafizəçilər arasında yaranmış anlaşılmazlıq və mübahisə olub. Mübahisə zamanı mühafizəçilər onu itələyib və o arxası üstə yerə yıxılıb. Nəticədə ombası sınıb.

Dünya çempionu yazıb ki, hazırda özünü yaxşı hiss etmir. Dəhşətli ağrıları var. Nə otura, nə durub normal gəzə bilir. O, yaranmış mübahisəyə görə mühfizəçiləri ittiham edir.

1506969508

Gununsesi.info

COMMENTS