Gecə yuxusundan öncə diş fırçalamamaq ürək xəstəliyi riski…

  • By admin
  • 03 İyul 2023 18:49

Yaponiyada gerçəkləşdirilən bir elmi araşdırmanın diş fırçalamaqla bağlı faydalı tərəfləri üzə çxıarılıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, araşdırmaçılar gecə yuxusundan öncə diş fırçalamayanlarda ürək xəstəliyi riskinin çox olduğunu ortaya çıxarıblar.

Ürək narahatlığında diş fırçalamağın təsiri ilə bağlı bu araşdırma Yaponiyanın Osaka Universitetinin xəstəxanasında 1675 nəfərin üzərində sınanıb.

İştirakçılar dişlərini sabah və axşam olmaqla gündə iki dəfə fırçalayanlar dişlərini yalnız gecə fırçalayanlar, dişlərini yalnız sabah fırçalayanlar və dişlərini heç fırçalamayanlar olaraq 4 qrupa ayrılıblar.

Araşdırmaçılar iştirakçıların yaşını, cinsiyyətini, siqaret çəkməsini də nəzərə alıblar. Eləcə də iştirakçıların sağlamlıq qeydləri keçmişi də nəzərə alınmaqla incələnib.

Axşamlar gecələri yuxudan öncə dişlərini fırçalayanların ürək çatışmazlığı, ürək ritmi pozuntusu, ürəktutma, sinə ağrısı və əməliyyatı gərəkli edən ürək qapağı və aorta xəstəlikləri kimi kardovaskulyar xəstəliklərə köklənilib.

Bəlli olub ki, gecələri yatmzdan öncə diş fırçalamaq insan sağlamlığına ciddi ətsir edir və ürək xəstəlikləri riskini azaldır.

 

Tərcümə: Arzu

Gununsesi.info