“Gecələr üstümə yorğanı çəkə bilmirdim ki, bəlkə balam üşüyür…” - Aqşin Bəbirovun anası Gununsesi.info-ya danışdı/VİDEO

Azərbaycan və Ermənistan arasında qarşılıqlı razılaşma ilə hərbi qulluqçularımız Bəbirov Aqşin və Axundov Hüseyn əsirlikdən azad ediləcək.

Gununsesi.info-nun əməkdaşları bu dəfə Aqşin Bəbirovun anası Dürdanə Bəbirova ilə görüşüb, təəssüratını öyrənib.

“Biz anaların sevincinin həddi-hüdudu yoxdur. Bu xəbər gələndə sanki uçurdum. Sevincimi sözlə ifadə etmək mümkün deyil. Başda cənab prezident olmaqla Əliyevlər ailəsinə öz minnətdarlığımızı bildiririk”, – deyə o bildirib.

Dürdanə Bəbirova Aqşinin əsirlikdən azad ediləcəyi xəbərini sevinc və həyəcanla qarşılayıb:

“Hər iki ananın yaşadığını Allah heç bir anaya yaşatmasın. Aqşin əsgər gedən gündən onu gedib görə bilmirdim.  Düşündükcə batırdim bilirdim ki, Allah səsimə səs verəcək.

Gecələr üstümə yorğanı çəkə bilmirdim ki, bəlkə balam üşüyür…”

Xatıradaq ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.

 

 

Şəbnəm Rəhimova

Gununsesi.info