Gecəyarı ev qarət olundu

  • By admin
  • 31 May 2016 12:35

ogru (1)

Sabunçu rayonunda oğurluq hadisəsi baş verib. Gununsesi.info-nun xəbərinə görə, oğruluq rayonun Şəhər şossesi döngə 5 ev 99 A-da yaşayan Lətif Zeynalova məxsus evdən edilib. Oğurlar  evə gecə vaxtı ev sahibi evdə olmayan vaxt girib. Evə pəncərədən daxil olan oğru axtarışlara başlayıb. Otaqları alt üst edən naməlum şəxslər evdən pul, noutbuk və digər əşyaları oğurlayıblar. Zərərçəkən Səadət Zeynalovanın sözlərinə görə, evə oğurluğa girən şəxs onlarda pul olmasını bilib. Hadisə barədə polisə məlumat verilib. Əraziyə polis əməkdaşları gəliblər. Zərərçəkənlərin ifadələri alınıb. Əl barmaq izləri götürülüb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışları davam edir. Faktla əlaqədar araşdrımalar başlanılıb.

HTML tutorial