Gecəyarısı Baydeni yatağından qaldıran olay: Etirazçılar Ağ Evin qarşısına toplaşdı – FOTO

İsrail ordusunun gecə saatlarında bu hərəkəti dünyanı şoka salıb. “Şifa” xəstəxanasına girən israilli əsgərlər HƏMAS silahlılarının içəridə olduğunu iddia edərək binada axtarış aparıblar.

Gununsesi.info xəbər verir ki, aralarında onlarla körpənin də olduğu çox sayda insanın günlərlə həyatını itirdiyi “Şifa” xəstəxanasına edilən basqından sonra Ağ Ev binasının qarşısına toplaşan böyük bir fələstinli tərəfdar qrupu ABŞ prezidenti Co Baydenə etiraz edib.

Etirazçıların çoxu bir ağızdan “Bayden, içəridə gizlənə bilməzsən, biz səni soyqırımda ittiham edirik” şüarları səsləndirib.

Gununsesi.info