Gecə klubunda silahlı insident – 18 NƏFƏR ÖLDÜRÜLDÜ

  • By admin
  • 27 Yanvar 2018 23:28

Braziliyada faciəvi olay baş verib.

Gununsesi.info xəbər verir ki, Fortaleza şəhərində yerləşən gecə klublarının birində silahlı insident olub. Hadisə nəticəsində 18 nəfər öldürülüb, çox sayda insan yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Ölənlərin arasında 2 azyaşlı uşağın da olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info