Gender bərabərliyi ilə bağlı ikinci konfrans keçiriləcək

  • By admin
  • 08 İyun 2017 10:20

01

İyunun 12-dən 13-dək Vyana şəhərində gender bərabərliyinin nəzərdən keçirilməsi üzrə 2-ci konfrans keçiriləcəkdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd ATƏT-in gender bərabərliyi üzrə öhdəliklərinin nəzərdən keçirilməsi və gələcək addımlar üçün təkliflərin müzakirəsidir. Konfrans yüksək səviyyəli panel və işçi sessiyalarından ibarət olacaqdır. Tədbirdə gender bərabərliyinin təmin edilməsi sahəsində məsul rəsmi şəxslər, ekspert və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı nəzərdə tutulur. Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.

Qeyd edək ki, tədbirdə Hicran Hüseynova gender bərabərliyi və qadın hüquqlarının müdafiəsi üzrə çıxış edəcək. Tədbirdə digər dövlətlərin təcrübə mübadiləsi və ATƏT təcrübəsində qadın hüquqlarının müdafiəsi sahəsində müzakirələr aparılacaq.

Anar

Gununsesi.info