General-leytenant Etibar Mirzəyev Ərdoğanla görüşdü - VİDEO/FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Kahramanmaraş şəhərində zəlzələ ilə bağlı qardaş ölkədə fəaliyyət göstərən Azərbaycanın axtarış-xilasetmə əməliyyatlarına rəhbərlik edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevlə görüşüb.

Gununsesi.info Report-a istinadən xəbər verir ki, dövlət başçısı Azərbaycanın axtarış-xilasetmə əməliyyatlarına rəhbərlik edən heyətə qardaş ölkədə görülən işlərə görə təşəkkür edib.

HTML tutorial

“Hamımızın başı sağ olsun. Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm”, – Ərdoğan görüş zamanı bildirib.

Gununsesi.info