General-leytenant rütbəsi alan HƏRBÇİLƏRİMİZ – FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla Dövlət Sərhəd Xidmətinin (DSX) üç general-mayoruna general-leytenant ali hərbi rütbəsi verilib.
Gununsesi.info  xəbər verir ki, general-leytenant rütbəsinə layiq görülən Elçin İbrahimov DSX-nin Aparat rəhbəridir.

General-leytenant rütbəsinə layiq görülən Müzəffər Pirizadə əvvəl Qazax əlahiddə sərhəd diviziyasının komandiri vəzifəsini tutub. Hazırda isə o, DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində çalışır.


General-leytenant rütbəsinə layiq görülən Rəsul Tağıyev isə Vətən müharibəsinin komandanlarından biri olub. O, “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. R.Tağıyev hazırda DSX-nin Çevik Hərəkət Qüvvələrinin komandanıdır.

Gununsesi.info