Gununsesi.info rus mətbuatına istinadən xəbər verir ki, Pralyakla birgə daha 5 nəfər mühakimə olunur.

Pralyakı 20 il azadlıqdan məhrumetmə gözləyir.

BMT-nin məlumatına görə, general Bosniya və Herseqovinanın 30 bələdiyyəsində müsəlmanlara divan tutub. Onu Cenevrə konvensiyasını 9 dəfə pozmaqda, seksual zorakılıq, qanunsuz deportasiya, əmlakın müsadirə olunması və digər hərbi cinayətlərin təşkilində ittiham edirlər.

Zəhər içməyinə baxmayaraq məhkəmə S.Pralyak barəsində çıxardığı hökmü dəyişməz saxlayıb. Pralyakın səhhəti barədə heç bir məlumat verilmir.

Qeyd edək ki, Xorvatiya-Bosniya münaqişəsi 1992-1994-cü illərdə olub. Bu münaqişəni çox vaxt “müharibə içində müharibə” adlandırırlar. Belə ki, Xorvatiyanın dəstəyi ilə bir qrup separatçı Hersoq-Bosna muxtariyyətini əldə etmək üçün mübarizəyə qalxıb.