General Ramiz Zeynalov 26 illik vəzifəsindən azad olundu

  • By admin
  • 02 Dekabr 2020 10:46

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov vəzifədən azad olunub.

Gununsesi.org məlumat verir ki, “Report”un xəbərinə görə, R.Zeynalov təqaüdə göndərilib.

Qeyd edək ki, 69 yaşlı R.Zeynalov 1994-cü ilin avqust ayından Respublika DYP rəisi idi.

Gununsesi.org