Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general-mayor Nizami Şirinovun kassasiya şikayətinə baxılıb.
Gununsesi.info -nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda qərar elan edilib.
Məhkəmə generalla bağlı sonuncu qərarı dəyişib. Qərara əsasən, onun cəzası 6 ildən 4 il 6 aya endirilib.
Qeyd edək ki, N.Şirinov mütəşəkkil dəstə tərkibində ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini ələ keçirməkdə, külli miqdarda rüşvəti hədə-qorxu tətbiq etməklə alıb, həmçinin cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakın leqallaşdırılmasında təqsirli bilinib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə N.Şirinov 8 il, apellyasiya məhkəməsinin qərarı ilə yekun olaraq 6 il azadlıqdan məhrum edilib.
Gununsesi.info