
Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX)rəhbəri, general Vaqif Axundovun sabiq əməkdaşı azad edilib.
Gununsesi.info-ya daxil olan məlumata görə, “Betta” dəstəsinin sabiq zabiti Asif Lətifov hazırda azadlıqdadır. Belə ki, ailəsinin verdiyi məlumata görə, Asif Lətifov 2012-ci il avqustun 29-da qondarma ittihamlarla həbs olunub. O məhkəmənin hökmüylə 4 il 6 ay heç bir günahı olmadan 9 saylı Cəzacəkmə Müəssisəndə cəza çəkib.
Xatırladaq ki, həbs edilənədək A.Lətifov 17 il XDMX-də çalışıb. Xüsusi təyinatlı ”Betta” qrupunun zabiti olub, vəzifəsinin öhdəsindən layiqincə gəlib. Mükafatlarla təltif edilib.
Gununsesi.info