Generaldan SENSASİON AÇIQLAMA: Britaniya Rusiya ilə...

  • By admin
  • 17 İyul 2022 14:09

“Rusiya ilə mümkün birbaşa münaqişəyə hazır olmalıyıq. Rusiyanın Ukraynada hərbi əməliyyatını davam etdirməsi London və Avropa üçün təhlükədir”.

Gununsesi.info xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Hava Qüvvələrinin Qərargah rəisi general Maykl Uiqston deyib.

O bildirib ki, Rusiya Britaniya və Avropanın təhlükəsizliyinə ən ciddi təhdiddir: “Onun təkcə Ukraynada deyil, ondan əvvəl Gürcüstandakı hərəkətlərinə baxın. Mən şübhə etmirəm ki, biz məhz bu aydın və ani təhlükəyə hazır olmaq üçün məşq edirik. Biz əlbəttə ümid edirik ki, vəziyyət gəlib buna çıxmayacaq. Böyük Britaniya Rusiya ilə müharibə edə bilər. Belə bir ssenari yalnız Moskvanın Britaniya ərazisinə və ya NATO üzvü olan dövlətlərdən birinə hücum edəcəyi halda mümkündür”.

Gununsesi.info