Rusiya Federal Təhlükəsizlik Xidmətinin departamentlərindən birinin bir neçə əməkdaşı Merlion şirkəti ilə bağlı iş üzrə saxlanılıb. Hüquq-mühafizə orqanlarının fəaliyyətinə nəzarət edən bu işçilər istintaqı başa çatdırmaq üçün şirkət rəhbərliyindən 5 milyard rubl tələb etməkdə ittiham olunurlar.
Gununsesi.info APA-ya istinadən bildirir ki, həbs ötən həftə baş tutub. Moskvanın Basmannı məhkəməsi İstintaq Komitəsinin əməkdaşlarını cinayətkar birlik təşkil etməkdə və xüsusilə külli miqdarda rüşvət almaqda ittiham edərək həbs qətimkan tədbiri seçib. Federal Miqrasiya Xidmətinin keçmiş rəhbəri, əvvəllər həbs edilmiş general Konstantin Romodanovskinin oğlunun da saxlanıldığı bildirilir.
Gununsesi.info