Generallar Gəncədə… - ELMAR VƏLİYEVƏ SUİ-QƏSDİN SƏBƏBİ ARAŞDIRILIR

  • Müəllif: admin
  • 04 İyul 2018 16:10

Respublika Baş Prokurorluğunun, Daxili İşlər İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi xidmətinin yüksək vəzifəli şəxsləri Gəncəyə ezam olunub. Bu barədə Gununsesi.info-ya verilən məlumatda bildirilir ki, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cinayətini araşdırır.

Bir neçə generalın da olduğu qrup Gəncədə əməliyyat müşavirəsi keçirib. Hadisənin səbəbləri barəsində istintaq hərəkətləri başlanılsa da yaralı icra başçısını sağlıq durumu hələ ki, onun dindirilməsinə imkan verməyib.

Ancaq cinayətə görə həbs edilən Yunis Səfərov dindirilib.

Gununsesi.info