

Azərbaycan iqtisadiyyatı neftdən asılı olsa da, dünya bazarındakı neftin qiyməti Azərbaycanın istehsal etdiyi neftin maya dəyərindən təqribən 2,5 dəfə baha satılır. Ancaq buna baxmayaraq, hələ də ölkə əhalisi maliyyə və sosial-iqtisadi böhranla üz-üzədir.
İşsizlik maksimum həddə çatıb. İnsanların yaşam tərzi həddən artıq çətinləşib. Getdikcə iş yerləri azalır və müəssisələrdə ixtisarlar davam edir. Bu prosesin qarşıdakı dövrdə davam edəcəyi də gözlənilir. Ancaq Azərbaycan hökumətinin yaranmış durumdan çıxamaq üçün hər hansı ciddi tədbirlər planı ortada deyil.
Hökumət bunun səbəbini dünya iqtisadiyyatındakı böhran və neftin qiymətinin enməsi ilə izah edir. Ancaq neftin son dövrlərdə dünya bazarında 50 dollardan yuxarı olması Azərbaycan iqtisadiyatı üçün təhlükə yaratmır.
İrəli sürülən iqtisadi proqramlar isə ancaq kampaniya xarakteri daşıyır, real olaraq ölkə iqtisadiyyatının inkişafı istiqamətində davamlı ciddi proqramlar həyata keçirilmir.
Ölkə iqtisadiyyatında yaranmış durum və neftin ölkə iqtisadiyyatına təsirlərinə Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli ilə aydınlıq gətirməyə çalışdıq.
Ə. Məsimli Gununsesi.info-ya neftin ölkə iqtisadiyyatına təsirləri haqqında danışaraq bildirib ki, bu gün Azərbaycanda hasil edilən neftin böyük bir qismi dənizdə hasil edilən neftin payına düşür.
“Dənizdə hasil edilən neftin maya dəyəri isə quruda hasil edilən neftdən xeyli ucuz başa gəlir. Quruda və dənizdə hasil edilən neftin ortalama qiymətini götürsək, o zaman görərik ki, bu gün dünya bazarında satılan neftin qiyməti Azərbaycan neftinin maya dəyərindən 2-2,5 dəfə bahadır. Bu da yetərincə böyük gəlir deməkdir”- deyə, millət vəkili vurğulayıb.
Millət vəkili onu da əlavə edib ki, əgər Azərbaycan nefti yüz dollara satılan zaman manat 78 qəpik idisə, indi isə bir dollar 1,7 AZN civarındadır.
“Bu da xeyli dərəcədə böyük gəlir deməkdir. Hesab edirəm ki, əldə edilən bu böyük gəlirlərdən səmərəli və məqsədyönlü istifadə olunarsa, Azərbaycan iqtisadiyyatının üzləşdiyi çətinliklərdən qısa zaman kəsiyində çıxarmaq olar. Çünki bu gəlirlər çöx böyük maliyyə mənəbyidir”- deyə, o, vurğualyıb.
Millət vəkili bildirib ki, əgər bu gəlirlərdən geninə-boluna, səmərəsiz, məqsədsiz istifadə olunacaqsa, o zaman neftin qiyməti 100-150 dollar olsa belə, bunun Azərbaycan iqtisadiyyatına faydası olmayacaq:
“Bu gün dünya bazarında neftin qiyməti 50-60 dollar arasındadır. Əgər 60 dollar olarsa, bu, Azərbaycan üçün daha məqbul olar. Çünki o zaman bu qiymət Azərbaycanda hasil edilən neftin maya dəyərindən 3 dəfə bahadır.
Bu da Azərbaycana həm cari xərclərimiz , inanların rifah halının yaxşılaşdırılması, həm də vacib infratruktur və digər layihələrin icrası, kiçik və orta sahibkarlığın inkişaf etdirlməsi üçün böyük maliyyə imkanları deməkdir.
Odur ki, gələn gəlirlər ünvanlı və qarışda duran hədəflər üçün düzgün və səmərəli istifadə olunarsa, ölkə üçün bunun hər hansı maliyyə problemi yoxdur. Yox, əgər israfşılıq ediləcəksə və necə gəldi, geninə-boluna xərclənəcəksə, o zaman neftin qiyməti 150 dollar olsa belə, nəticəsiz olacaq”.
Mürtəza
Gununsesi.info