“Gent” – “Qarabağ” oyununun hakimləri bəlli olub

Belçikada “Gent” və “Qarabağ” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa təyinatlar açıqlanıb.

Gununsesi.info xəbər verir ki, qarşılaşma Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

HTML tutorial

Baş hakim Uilyam Kollama Frensis Konnor və David Roome laynsmanlar qismində köməklik göstərəcəklər.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında Bakıda keçirilən ilk oyunda Ağdam klubu 1:0 hesablı qələbə qazanıb. Cavab qarşılaşması fevralın 23-də Gentdə baş tutacaq.

Gununsesi.info