Geoloji-kəşfiyyat işlərinə sərf olunan vəsait artırılıb

Geoloji-kəşfiyyat işlərinə sərf olunan vəsait artırılıb


2017-ci ildə ölkədə yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinə 32,3 milyon manat və ya 2016-cı illə müqayisədə 6,5 faiz çox vəsait sərf olunub.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, aparılan geoloji-kəşfiyyat işlərinin 81,7 faizi neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilib və bu işlərə 26,4 milyon manat xərclənib.

 

Gununsesi.info

COMMENTS