
Manat dollar qarşısında gündən-günə dəyər itirdikcə, burada təkcə istisadiyyat və maliyyə sektoru deyil, eyni zamanda banklara kredit borcu olan vətəndaşlar üçün də problemlər ortaya çıxır. Xüsusilə, dollarla kredit götürmüş insanlar hər gün banka ödədikləri borcları daha da böyüyür. Bu isə, bankların problemli kreditlərinin həcminin daha da artacağı ehtimalını yaradır.
Qeyd edək ki, Mərkəzi Bankın rəsmi məlumatına görə, problemli kreditlərin həcmi 1 milyard 597 milyon manata çatıb. 2016-cı ilə başlayanada bu göstərici 1 milyard 314 milyon manat idi. Deməli, bu ilin ötən aylarıərzində problemli kreditlərin həcmi rəsmi statistikada 283 milyon manat artıb. Artıq problemli kreditlərin həcmininümumi portfeldə 9.5 faizəçatmasıbank sektoru üçün kifayət qədər ciddi göstəricidir.
Mərkəzi Bankın açıqladığı bu rəqəm hələ tam həqiqəti əks etdirmir. Məsələn, ötən il məlum oldu ki, Azərbaycan Beynəlxalq Bankın 2014-c il üçün problemli kreditlərinin həcmi 6 milyard dollar civarinda olub. Halbuki, Mərkəzi Bankın həmin dövr üçün açıqladığı statistikaya görə, ümumi bank sektorunda problemli kreditlərin həcmi 976 milyon manat təşkil edib. Bu rəqəm isə hec bir bankın vaxtı keçmiş kreditlərinin həcmini tam əks etdirmir.
İqtisadçı-ekspert Samir Əliyev Gununsesi.info-ya şərhində bildirdi ki, Mərkəzi Bankın problemli kreditlərlə bağlı indiki statistik hesabatları da reallığı tam əks etdirmir: “Bizim müşahidələrimiz göstərir ki, vaxtı keçmiş kreditlərin həcmi rəsmi hesabatdan qat-qat çoxdur. Hazırda rəsmi olaraq 10 faiz bildirilsə də, təqribi hesablamalarımıza görə bu rəqəm 20 faizin üstündədir.
Bir qayda olaraq, Beynəlxalq Bankla Mərkəzi Bankın rəqəmləri həmişə ziddiyət təşkil edir. 4-5 il öncə apardığım bir araşdırmada məlum olmuşdu ki, təkcə Beynəlxalq Bankın problemli kreditlərinin həcmi Mərkəzi Bankın ümumi bank sektorundakı təqdim etdiyi rəqəmdən çoxdur. Ola bilsin ki, burada hesablama metodologiyasında müəyyən fərqlər var. Amma hər bir halda Mərkəzi Bankın statistikası tam reallığıəks etdirmir”.
S.Əliyevin sözlərinə görə, problem getdikcə artır: “Milli valyuta dollar qarşısında dəyir itirsə, dollarla götürülən kreditlər də manat ifadəsində artır. Ona görə da onların qaytarılmasında çətinliklər yaşanır. Təbii ki, belə situasiyada problemli kreditlər getdikcə artacaq”.
İqtisadçı deyir ki, problemi həll etmək üçün hökumət müəyyən addımlar atmağı düşünür: “Hökumət hansısa fond yaratmaq istəyir. Ola bilsin ki, həmin fond vasitəsilə problemli kreditlər sağlamlaşdırılsın. Əks təqdirdə, geri qaytarılmayan kreditlərin həcmi artacaq.
Banklar tərəfindən kredit qoyuluşu azaldığına görə də, portfeldə vaxtı keçmiş borcların həcmi də pay olaraq artır. Digər tərəfdən, köhnə kreditlərin özünün də qaytarılmasıçətinləşir. Həm dollar bahalaşır, həm iş yerləri itirilir,həm gəlirlər azalır-bütün bunlar prosesə neqativ təsir göstərir”.
Vüsalə Rüstəmova
Gununsesi.info