Giləzi sakinindən narkotik vasitə və odlu silah götürülüb

  • By admin
  • 25 Aprel 2017 12:00

c7f37a55-df8a-46e7-8289-460d15b65672

Giləzi qəsəbəsində yaşayan şəxsin evinə baxış zamanı narkotik vasitələr, odlu silah və vasitələri götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əlaqədar Giləzi qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Əfsər Əsgərovun evinə baxış zamanı 0,235 qram heroin, 22,76 qram marixuana, lüləsi və qundağı kəsilmiş “TOZ-16” markalı tüfəng və 25 ədəd patron aşkar edilərək götürülüb.

Anar
Gununsesi.info