Gimnastlarımız Dünya Kubokunda mübarizəyə başladı

Azərbaycanın bədii gimnastları Arzu Cəlilova və Zöhrə Ağamirova Bakıda keçirilən Dünya Kubokunda ilk final çıxışlarını yerinə yetiriblər.

Gununsesi.info xəbər verir ki, hər iki idmançı halqa ilə hərəkətlərdə məharətlərini nümayiş etdiriblər.

HTML tutorial

Hakimlərdən 29.800 xal alan Cəlilova 4-cü yeri tutub. 29.350 xal toplayan Ağamirova isə 6-cı olub.

Qeyd edək ki, bu gün Arzu Cəlilova, həmçinin, top və lentlə, Zöhrə Ağamirova isə gürzlə hərəkətlərdə medal qazanmağa çalışacaq.

Gununsesi.info