
Gununsesi.info “Ginnesin Rekordlar Kitabı”nın 2018-ci il üçün nəzərdə tutulmuş son versiyasına daxil olan ən maraqlı və olduqca qəribə rekordları oxucularına təqdim edir.
Neil Harbisson
Dünyada ilk dəfə başına anten yerləşdirən Neil Harbisson anadangəlmə xəstəlikdən (akromatopsi) əziyyət çəkdiyi üçün rəngləri ayırd edə bilmir. Bu səbəbdən o, başına anten yerləşdirib. Həmin aparat rənglərin kodunu müəyyənləşdirərək beyin mərkəzinə göndərir. Harbisson rəngləri ayıra bilməsə də, onları kod vasitəsilə fərqləndirə bilir.
Cim Arrinqton (Jim Arrington)
70 ildir idmanla (bodybuilding) məşğul olan Cim Arrinqton bu cür bədənə sahib olan ən yaşlı insandır. Onun 85 yaşı var.
Ayanna Vilyams (Ayanna Williams)
23 ildir dırnaqlarını kəsməyən 60 yaşlı Ayannanın dırnaqlarının uzunluğu toplam 576,4 sm-dir.
Freddi (Freddy)
Freddi dünyanın ən hündür itidir.
Hanter Evn (Hunter Ewn)
Hanter Evn bir saat ərzində ən çox şar şişirə bilən insan kimi “Ginnesin Rekordlar Kitabı”na daxil olmağı bacarıb.
Erik Caskolka (Eric Jaskolca)
Erik dünyanın ən böyük X-Men kolleksiyasının sahibidir.
Benni Harlem (Benny Harlem)
Benni dünyanın ən hündür saçlı insanı kimi rekord qırıb.
You Jianxia
Çinli qadın dünyanın ən uzun kirpikli insanıdır. Onun kirpiklərinin uzunluğu 12,4 sm-dir.
Caki Miley (Jackie Miley)
Caki dünyanın ən böyük oyuncaq ayı kolleksiyasının sahibidir. 2000-ci ildən kolleksiya yığan Cakinin hazırda 8025 ayısı var.
Arkturus (Arcturus)
Arkturus dünyanın ən uzun boylu pişiyi kimi rekordlar kitabına salınıb.
Tom Koltun
Tom Koltun dünyanın ən böyük uşaq arabasının sahibidir.
Aprel Çoy (April Choi)
Bu qadın 30 saniyədə qamçı ilə ən çox yumurta qıra bilən insan kimi “Ginnesin Rekordlar Kitabı”na salınıb.
Andre Ortolf
Dünyada bir dəqiqə ərzində ən çox jelatin yeyə bilən insan Andre Ortolfdur.
Siqnus (Cygnus)
Siqnus dünyanın ən uzun quyruqlu pişiyi kimi tanınır. O, yuxarıda qeyd etdiyimiz dünyanın ən uzun boylu pişiyinin (Arkturus) qardaşıdır.
Gununsesi.info